Öz kəndinin adını yaşadan sənət

Öz kəndinin adını yaşadan sənət

Yusif Mirzə oğlu Hacıyev 1950-ci ildə Siyəzən rayonunun Şıxlar kəndində anadan olub. Elə məşğul olduğu, kəşf etdiyi sənətin adını da öz kəndinin adına uyğun olaraq "şıxlar" adlandırıb. Bu sənəti kəşf etməsində ona təbiəti sevməsi və təbii gözəlliklərə fərqli baxması səbəb olub.

İxtisasca "Elektromexanik mühəndisi" olan Yusif Hacıyev 40 ilə yaxındır ki, bu sənətlə məşğuldur. Bu sənəti Şıxlar sənəti kimi tanıtmaq, sertifikatlaşdırmaq ona bu il qismət olub. Sənətkarın xammalı isə istifadəyə yararsız ağac, daş və digər materiallardır.

Yusif Hacıyev bu vaxta kimi çərçivələr, asılqan, məişətdə istifadə edilən bir sıra əşyalar hazırlayıb. Yaratdığı sənət əsərlərini satmağı xoşlamayan sənətkarın yeganə çətinliyi emalatxana ilə bağlıdı. Deyir ki, emalatxana olsaydı, orada həm gənc nəslə sənətin sirlərini

öyrədərdi, həm işləmək asanlaşardı.

Qəhrəmanımız məşğul olduğu sənət sahəsində bir sıra uğurlara da imza atıb. Belə ki, Yusif Hacıyev Rusiyanın Sank-Peterburq şəhərindəki, bir sıra respublikadaxili sərgilərdə iştirakı zamanı fəxri fərmanla mükafatlandırılıb. Onun 4 əl işi dünya mədəniyyət kataloquna daxil edilib.

Emin Kərimov, Siyəzən

Bütün xəbərlər Facebook səhifəmizdə