Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı Sabunçu rayon icra hakimiyyəti YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə humanist "QAN VER, YAŞA!" devizi ilə aksiya - qanvermə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan YAP üzvləri iştirak etdilər.
Qanvermə aksiyası ilə əlaqədar YAP Sabunçu rayon təşkilatının mənzil qərargahında bayram əhval-ruhiyyəsi hökm sürürdü. Müxtəlif təşkilatlarda çalışan YAP üzvləri akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiram əlaməti olaraq bu cür humanist tədbirin keçirilməsindən məmnun olduqlarını bildirirdilər. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirdi: "Belə tədbirlərdən olan qanvermə aksiyasında insanların elliklə iştirak edirlər. Bu da daim xeyirxah insan kimi xatırlanan nurlu əməllər sahibi olan Zərifə xanım Əliyevaya olan hörmətdən irəli gəlir. Çünki Azərbaycan tibb elminin dünya miqyasında tanınmasında, ölkəmizin elm xəzinəsinə sanballı töhfələrin bəxş edilməsində görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın təkcə tibb sahəsində deyil, vətənpərvər, ziyalı, sülhsevər ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi uzun illər Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, ölkəmizin bütün sahələrinin həmahəng inkişafında yaxından iştirak edərək, əsil vətəndaş kimi yaddaşlara əbədi həkk olunubdur. Onu da bildirim ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi bütün layihələr, təşəbbüslər xeyirxahlıq nümunəsidir. Mehriban xanım Əliyevanın hemofiliyalı xəstə uşaqların sağlamlığı naminə göstərdiyi diqqət və qayğı aktuallığı ilə seçilir, bütün ölkə vətəndaşlarını belə qanvermə aksiyalaırnda iştiraka həvəsləndirir. Rayonuzun sakinləri də belə təşəbbüslərdə həmişə birincilik nümunəsi göstərmişlər. Bu günki aksiyada iştirak edənlər könüllü olaraq xəstə uşaqlara qan verməklə onların cəmiyyətimizin fəal üzvü olmaları üçün şərait yaradırlar".
Aksiyanın yüksək səviyyədə baş tutduğunu deyən YAP Sabunçu rayon təşkilatının sədri M.Abasquliyevanın sözlərinə görə, bu cür humanist aksiyaların - xüsusən qanvermə kampaniyasının keçirilməsi vacibdir: "Çünki bu, olduqca savab işdir. "QAN VER, YAŞA!" devizi də bu baxımdan ən əsas istiqamətdir. Zərifə xanım Əliyeva təbiətən humanist və xeyirxah insan olmuşdur. Çünki ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirdiyi siyasətin kökündə dayanan prinsiplərdən biri humanizm idi. Bu baxımdan da, bizim həyata keçirdiyimiz qanvermə aksiyası da məhz xalqımızın bu humanizm ideyalarına sədaqətindən irəli gəlir".
Söhbət etdiyimiz qan verən YAP Sabunçu rayon təşkilatı qadınlar şurasının üzvləri bildirdilər ki, vətəndaşlarımız da bu cür humanist tədbirlərin keçirilməsini alqışlayır.
Qeyd edək ki, aksiyada iştirak edənlərin dayanmadan böyük fəallıq göstərməsi bunu bir daha təsdiqləyir. Bütün bunların kökündə isə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin inkişaf strategiyası dayanır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 11 il ərzində isə bu inkişaf strategiyası dövrün tələblərinə və respublikamızın artan maliyyə imkanlarına uyğun olaraq keyfiyyətcə yeni məzmun alıb.
Qeyd edək ki, B.Eyvazov adına Hemofiliya və Transfiziologiya İnstitutunun həkim, tibb işçisi və laborantdan ibarət 10 nəfərlik qrupu donarları müayinədək keçirdikdən sonra onların qanvermə prosesində iştiraklarını təmin edib. O da vurğulandı ki, son illərdə əhali arasında aparılan maarifləndirmə işinin gücləndirilməsinin nəticəsi kimi donarların sayının artması sevindirici haldır. Artıq insanlar da başa düşür ki, onların könüllü olaraq qoşulduqları belə aksiyalarda verdikləri qan kimlərinsə həyatını qurtarır. Aksiyada rayonun müxtəlif təşkilatlarını təmsil edən vətəndaşlar həvəslə iştirak edirlər. Belə aksiyaların keçirilməsi təşəbbüsünü bəyəndiklərini bildirən təhsil işçiləri belə tədbirlərin insanlıq naminə təşkil olunan ən böyük xeyirxahlıq, humanistlik adlandırdılar. Donorlar onlar üçün hazırlanmış şirniyyat, çay və kofedən istifadə etməklə bir daha belə aksiyaların davamlı olmasını dilədilər.
Qeyd edək ki, YAP Sabunçu rayon təşkilatında keçirilən "QAN VER, YAŞA!" adlı qanvermə aksiyasında 120 nəfərdən artıq donor iştirak edib.
R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB