Voleybol üzrə zona yarışlarına start verildi

Voleybol üzrə zona yarışlarına start verildi

Tovuzda məktəblilər arasında voleybol üzrə zona yarışlarına start verilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təbliğat kampaniyası çərçivəsində təşkil olunan yarışlar mayın sonunadək davam edəcək. Yarışlarda 6 zonanın 74 şəhər və rayonundan 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.

Tovuz Olimpiya kompleksində keçirilən yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri çıxış ediblər. Qalib adı uğrunda mübarizədə isə 200-ə yaxın idmançı qüvvəsini sınayır. Qeyd edək ki, 5 gün davam edən yarışın qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə