Tez-tez atəşə tutulan Tovuzun Hacallı kəndi düşmənin iriçaplı silahlarından yayınmır. Yaşayış evləri, məktəb, bağça və digər inzibati binalar gecə-gündüz güllə boran edilir. İllərdi davam edən atəş səslərinə sakinlər öyrənsə də, daha ciddi problemlər də var. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Hacallı kənd sakini Zina Fərhadovanın illər öncə tikib-qurduğu ev hazırda təhlükəli vəziyyətdədir. Evin hər tərəfində yaranan iri çatlar binanı uçmaq təhlükəsi ilə üz-üzə qoyub. Kənd sakini bildirir ki, bir neçə il öncə ermənilərin atdığı mərmi onun yaşadığı evin yaxınlığına düşərək həyətin torpağını göyə sovurub. Xoşbəxtlikdən güclü partlayış olmasa da ərazidə dərin çökəklik yaranıb. Mərmi hazırda binanın zirzəmisində qaldığından ev sahibi bundan narahatdır.
Kənddə tez-tez eşidilən güllə səsləri ev sahibini o qədər də narahat etməsə də amma partmamış mərminin evin zirzəmisində hər an partlayışa səbəb olması narahatlıq doğurur. 70 yaşlı Zina Fərhadova azyaşlı uşaqların, həmçinin böyüklərin təhlükəsizliyini nəzərə alıb, adiyyatı qurumların tezliklə mövcud problemə əlac edəcəklərinə ümidlidir.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB