Ucqar kəndlər də rəqəmsal yayıma baxacaq FOTOLAR

Ucqar kəndlər də rəqəmsal yayıma baxacaq FOTOLAR

Qubanın ucqar dağ kəndlərinə rəqəmsal avadanlıqlar quraşdırılır. Artıq bu kəndin sakinləri peyk antennasından istifadə etmədən Azərbaycan tv kanallarına baxa biləcəklər. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Quba-Xaçmaz Radio Televiziya Yayım sahəsinin rəisi Hüseyn Əmirov bildirib ki, artıq Xınalıq sakinləri də rəqəmsal yayıma baxacaqlar. Xınalıqda Azərbaycanın 8 tv kanalı bu gün yayımlanacaq. Sahə rəisi onu da əlavə edib ki, hansı televiziyalarda rəqəmli birbaşa qəbul edirsə rəqəmli tezliyi birbaşa paket şəklində qəbul edəcək.

1. AzTv. Azərbaycan Dövlət Televiziyası

2. Mədəniyyət Televiziyası

3. İdman Azərbaycan Televiziyası

4. İctimai Televiziya

5. ANS Televiziyası

6. Space Televiziyası

7. ATV. Azad Azərbaycan Televiziyası

8. Xəzər Televiziyası

Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə