Zərifə Əliyevanın 92-ci ildönümü keçirilib YENİLƏNİB - FOTOLAR

Zərifə Əliyevanın 92-ci ildönümü keçirilib YENİLƏNİB - FOTOLAR

Bu gün Sabunçu rayon İcra Hakimiyyəti və 12 saylı şəhər poliklinikasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının görkəmli oftolmoloqu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmlər doktoru professor Zərifə xanım Əliyevanın anadan olmasının 92-cı ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə icra hakimiyyətinin başçısının müavini Arzu Məmmədova, 12 saylı şəhər poliklinikasının baş həkimi Lətif Əsgərov və elm xadimləri iştirak edib.

Çıxış edən İcra Hakimiyyətinin və 12 saylı şəhər poliklinikasının nümayəndələri görkəmli alimin həyat və elm faəliyyəti barədə geniş məlumat veriblər. Bundan başqa, Prezident İlham Əliyevin bu gün Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğıdan danışıblar. İştirakçılar tədbirin keçirildiyi binanın Prezidentin Sərəncamı ilə tikildiyini qeyd edərək, dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə