Sürücülərə qarşı növbəti reydlər keçirilib

Sürücülərə qarşı növbəti reydlər keçirilib

Gəncədə ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə qarşı növbəti reydlər keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, "1 saylı Regional Nəqliyyat Departamenti" MMC-nin əməkdaşları və dövlət yol polisinin təşkil etdiyi nəzarət tədbirləri şəhərin mərkəzini və müxtəlif ərazilərini əhatə edib. Məqsəd marşrutları sənədsiz idarə edən və yol hərəkəti qaydalarına əməl etməyən sürücüləri aşkarlamaq olub. Reydlər zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini heç bir sənədi olmadan idarə etdiyi məlum olub. Sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq dayanacaqlardan kənarda sərnişin götürüb-düşürməsi halları da aşkar edilib. Qaydaları pozan sürücülər inzibati qaydada cərimə olunublar.

Qeyd edək ki, reydlərin mütəmadi olaraq davam etdiriləcəyi bildirilir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə