"Hər hansı bir dövlətə qarşı daxildən silahlı qüvvə, silahlı qoşunlar yaradılırsa bu dövlətə qarşı çıxmaq deməkdir". Bu sözləri SİA-ya açıqlamasında Tarix elmləri üzrə fəlsəfə doktoru Azad Rzayev deyib.
Onun sözlərinə görə, ermənilər Osmanlı dövləti daxilində kolon yaradaraq daxildən imperiyanı dağıtmağa çalışıblar: "Ermənilər müharibə vaxtı Osmanlı dövlətini içindən zəiflətmək üçün "5-ci kolon" yaradıb və iki cəbhəyə bölünüblər. Yəni həm kənardan gələn qüvvələrlə birləşiblər, həm də içəridə olan Osmanlı qüvvələrinə qarşı mübarizə aparıblar. Ölkə daxilində yaşayaraq separatçılıq etmək əlbətdə ki, bütün dövlətlərdə ölkəyə qarşı düşmənçilik kimi qarşılanır. Osmanlı İmperiyası da erməniləri ölkədən köç etdirmə haqqında verdiyi qərarında haqlı idi. Yəni ermənilər haqlı olaraq 1915-ci ildə köç etdirilmişdilər".
Azad Rzayev onu da vurğuladı ki, dünyada xristian birliyi var və onların təbii sərvətlərlə zəngin ölkələrə qarşı planları var. Bu gün müsəlman ölkələrində baş verən hadisələr bunun nümunəsidir: "Ümumiyyətlə Xristian dünyasında birlik var. Biz bu gün görürük ki, müsəlmanlarla xristianlar arasında qarşıdurma var. Xristian dünyası çalışır ki, müsəlman dünyasını zəiflətsin. Tunisdə, Suriyada və başqa müsəlman ölkələrində baş verən hadisələri çox yaxşı müşahidə edirik. Bu birlik yaxşı yaşayan, nefti olan ölkələri çalışırlar ki, zəiflətsinlər. Hansı ki, həmin ölkələr gələcəkdə iqtisadi cəhətdən xristian dünyasına böyük zərbə vura bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB