Ölkənin ən qədim dini abidələrindən biri olan Gəncə İmamzadəsində uzun illər idi ki, nə əsaslı, nə də cari təmir aparılmırdı. Lakin ölkə başçısı İlham Əliyevin göstərişindən sonra 2011-ci ildən başlayaraq, İmamzadə dini-memarlıq kompleksinin əsaslı təmir-bərpasına və yenidən qurulmasına start verilib. Bu müddət ərzində ziyarətgahın ərazisində məscid, mehmanxana, qurbangah və ziyarətgahdan ibarət olan 4 yeni tikili inşa edilib. Əvvəllər yalnız ziyarətgah kimi fəaliyyət göstərən dini kompleksdə yenidənqurmadan sonra kitabxana, muzey, dini konfransların keçirilməsi üçün zallar da fəaliyyət göstərəcək. Bununla yanaşı, kompleksin ərazisində uzaqdan gələn zəvvarların gecələməsi üçün mehmanxanada da inşa edilib.
İş icraçısı Rafiq Mehrəliyev SİA-nın bölgə müxbirinə bildirib ki, 200 nəfərin çalışdığı kompleksdə işlərin əsas hissəsi yekunlaşıb. Hazırda yeni inşa edilən tikililərin daxili və xarici interyerinin qurulması və binaların xüsusi ornamentlərlə üzlənməsi istiqamətində işlər davam etdirilir. Meydançada yerləşən oteldə 350 nəfərlik mərasim zalı, yardımçı otaqlar və məscid mövcuddur. Hazırda tikinti işlərinin 80 faizdən çoxu görülüb və son tamamlama işləri aparılır. Tikinti işlərində yalnız yerli materiallardan istifadə olunur.
Podratçı şirkətindən verilən məlumata görə, kompleksdə işlər ən qısa müddətdə yekunlaşdırılaraq təhvil veriləcək.
.jpg)
.jpg)
.jpg)

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB