Göygöl rayon Suvarma Sistemləri İdarəsi tərəfindən nasos stansiyaları, eləcə də subartezian quyularında təmir işləri həyata keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, ümumilikdə 12 min 510 ha sahəyə xidmət göstərən qurum tərəfindən əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasını təmin etmək məqsədi ilə bütün imkanlar səfərbər olunub. Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov bildirib ki, Ərazilərin suvarılmasını təmin etmək üçün mexaniki üsulla 10 ədəd nasos stansiyası var, bundan başqa 197 ədəd subartezian quyusu mövcuddur: "Tədbirlər planına uyğun olaraq, müəyyən işlər görülüb. Bu il 4 ədəd nasos stansiyasının və 6 ədəd subartezian quyusunun əsaslı təmiri nəzərdə tutulur".
Ötən illərdən fərqli olaraq bu il rayonda suya olan tələbatın yaxşılaşdırılması ilə bağlı geniş tədbirlərin icrası da həyata keçiriləcək. Belə ki, ölkə prezidentinin sərəncamından sonra Göygöl rayonunda daha 9 subartezian quyusunun qazılması nəzərdə tutulub. Gələcəkdə şoranlaşan torpaqların da əkinə yararlı hala gətirilməsi üçün hazırlıqlar görülüb. Yaz aylarında yarana biləcək sel və daşqın hallarının qarşısını almaq üçün çaylarda bəndsalma işlərinə də başlanılıb.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB