Bu gün Sabunçu rayon İcra Hakimiyyəti və 12 saylı şəhər poliklinikasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının görkəmli oftolmoloqu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmlər doktoru professor Zərifə xanım Əliyevanın anadan olmasının 92-cı ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə icra hakimiyyətinin başçısının müavini Arzu Məmmədova, 12 saylı şəhər poliklinikasının baş həkimi Lətif Əsgərov və elm xadimləri iştirak edib.
Çıxış edən İcra Hakimiyyətinin və 12 saylı şəhər poliklinikasının nümayəndələri görkəmli oftolmoloqun həyat və elm faəliyyəti barədə geniş məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB