Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Çanaqqala mövzusunda elan edilmiş ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilir. SİA-nın xəbərinə görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Yazıçılar Birliyinin sədri Anar, yazıçılar, mədəniyyət xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Türkiyə və Azərbaycan arasında olan dostluq əlaqələrindən danışıb. O deyib ki, Çanaqqala zəfəri təkcə Türkiyənin deyil, həm də Azərbaycanın qələbəsidir.
Hazırda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunacaq.
Tədbir davam edir.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB