Bu gün bir neçə rayona qazın verilməsində fəsilələr yaranacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, qaz təchizatının yaxşılaşdırılması məqsədilə kəmərlər üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 1000-dan 1800-dək Sabunçu rayonunun Nardaran qəsəbəsinə, Maştağa qəsəbəsinin bir hissəsinə, 2-ci sovxoz və Lahıc bağları adlanan yaşayış sahələrinə, həmçinin Xəzər rayonunun Pirallahı qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB