"Soyqırımı biz yox, ermənilər törədib"

"Soyqırımı biz yox, ermənilər törədib"

Ermənilərin qondarma soyqırımla bağlı bütün iddiaları əsassızdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ölkə başçısı qeyd edib ki, Türkiya arxivlərində erməni quldur dəstələrlərinin vəhşiliklərini əks etdirən sənədlər var.

Həmçinin qeyd olunub ki, Türkiyə, əvvəlki kimi, 1915-ci il hadisələrin araşdırılması üçün arxivləri açmağa hazırdır: "Bu axşam AB-yə müraciət edirəm: Türkiyənin öz arxivlərini bizə açmasını tövsiyə edirdiniz. Ey Avropa Birliyi! 12 il baş nazir oldum, bir ilə yaxındır ki, prezidentəm. Getdiyim hər yerdə arxivlərimizi açmağa hazır olduğumuzu söylədim. Ermənistan da arxivlərində nə varsa, başqa ölkələrdə nə varsa, onlar da açsın. Daha da irəliyə gedib deyirəm ki, biz hərbi arxivlərimizi də açmağa hazırıq. Bizim qorxumuz yoxdur, biz deyirik ki, əcdadlarımız heç kimə zülm etməmişdir. Hal-hazırda Türkiyədə yaşayan 80 min erməninin yarısı vətəndaşımızdır, yarısı isə Ermənistandan gəlib. Biz onları evlərinə göndərmədik. 40 min vətəndaşımız olan ermənilərdən diaspora soruşsun: sizə zülm edən varmı? Mənim baş nazir olduğum dövrdə Akdamardakı erməni kilsəsini xəzinənin puluyla biz açdıq. Hər il dünyanın hər yerindən gələn ermənilər orada ibadət edirlər. Ölkəmizə yönəlmiş hücumlar pis niyyətlidir və onları qəbul etmirik. Biz 100 il qabaq Qafqazda, Orta Şərqdə və Balkanlarda həyatını itirən 4 milyon müsəlman üçün nə qədər üzüntülüyüksə, o vaxt ölmüş ermənilər üçün də üzüntülüyük. Bu prosesdə həyatını itirən ermənilər Osmanlı vətəndaşları idilər. Onlar bizə əmanət idi, biz əmanətin ölümündən qürürlana bilərikmi? I dünya savaşında ölən 30 milyon insan içindən sadəcə erməniləri önə çıxararaq bizə qarşı düşmənlik yaratma cəhdlərini qəbul edə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə