MŞ sədri ATƏT təmsilçisi ilə görüşüb

MŞ sədri ATƏT təmsilçisi ilə görüşüb

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in şöbə rəhbəri Blerim Vela ilə görüşüb. Şuradan SİA-ya verilən məlumata görə, qonağı salamlayan Şura sədri rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. MŞ-nin bir çox beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlıq etdiyini vurğulayan Əflatun Amaşov bu əlaqələrin media sahəsindəki təcrübənin Azərbaycanda tətbiqi baxımından əhəmiyyətinə toxunub.

ATƏT nümayəndəsi B.Vela təmsil etdiyi təşkilatın Azərbaycanla münasibətlərinin müxtəlif aspektlərindən danışıb. O bildirib ki, media sahəsindəki əməkdaşlıq prioritet təşkil edir.

Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Birgə əməkdaşlığın mümkün variantları nəzərdən keçirilib. Belə müzakirələrin davamlı xarakter daşımasının vacibliyi ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə