“İrəli” növbəti memorandumu imzaladı FOTOLAR

“İrəli” növbəti memorandumu imzaladı FOTOLAR

"İrəli" İctimai Birliyi və "Genç MÜSİAD" təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb. SİA-nın məlumatına görə, "İrəli" İB-in sədri Mirhəsən Seyidov və "Genç MÜSİAD"ın sədri Yavuz Fettahoğlu birgə əməkdaşlıq üçün olduqca böyük addım atıblar. Qeyd edək ki, bu memoranduma əsasən hər iki birlik gənclər üçün olduqca faydalı layihələrə imza atacaqlar.

"İrəli" İB bir sıra ölkələrin gənclər təşkilatı ilə əməkdaşlıq edir. "Genç MÜSİAD" gənclər təşkilatı Türkiyənin ən böyük gənclər təşkilatıdır. İki böyük gənclər təşkilatlarının bir araya gəlməsi və qarşılıqlı memorandum imzalaması Çanaqqala zəfəri ərəfəsində atılmış növbəti uğurdur!.

Xatırladaq ki, "İrəli" İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə