İdris İsayev: “400 avtomobil alınmasını nəzərdə tuturuq” AÇIQLAMA

İdris İsayev: “400 avtomobil alınmasını nəzərdə tuturuq” AÇIQLAMA

"Cənab Prezidentin müvafiq Sərəncamına əsasən bütövlükdə növbəyə dayanmış, yəni buna xüsusi icazəsi olan, 1 yanvar 2014-cü ilə qədər növbəyə dayanmış bütün əlillər xüsusi minik avtomobili ilə təmin olunublar". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, bu ilin büdcəsində avtomobillərin alınması üçün 3 milyon manat vəsait ayrılıb. 400 avtomobil alınacaq ki, bununla əlilliyi olan şəxslərin təmin olunması həyata keçiriləcək: "Təxminən 1533 minik avtomobillə biz bu şəxsləri təmin etmişik və bu il də bizim büdcəmizdən 3 milyon manat ayrılıb, təxminən 400 avtomobilin alınmasını nəzərdə tuturuq. Şübhəsiz ki, növbəyə duran şəxslər bu avtomobilləri alacaqlar. Növbə bizim internet saytımızda yerləşdirilib. İstənilən şəxs öz növbəsini həmin sayta daxil olaraq baxa bilər. Növbəsi çatan şəxslər bu avtomobillə təmin olunacaqlar. Bütün bunlar 1 il ərzində həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə