Hava kəskin dəyişəcək Sinoptiklər xəbər verir

Hava kəskin dəyişəcək Sinoptiklər xəbər verir

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, sabah ölkə ərazisində şimal-qərb küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.

Qeyd edək ki, aprelin 24-də Abşeron yarımadasında güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da isə əlverişli komfort hava şəraiti gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə