Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər "layihəsinin iştirakçıları olan Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin və Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseyin şagirdləri birgə onlayn dəyirmi masa keçiriblər. Fondun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, dəyirmi masada məktəblilər Əbdurrəhim bəy Haqverdiyevin "Mirzə Səfər" əsərini müzakirə ediblər. Şagirdlər onlayn dəyirmi masada qardaş məktəbdən olan yaşıdları ilə maraqlı fikir mübadiləsi aparıblar, hər iki məktəbin şagirdləri əsər barədə öz rəylərini bölüşüblər.
Onlayn müzakirə şagirdlərdə böyük maraq və həvəs yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB