Bu yollarda sıxlıq var

Bu gün səhər saatlarında Bakı şəhərinin bir sıra küçələrində nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SİA-ya verilən məlumata görə, hazırda paytaxtın Zərifə Əliyeva və Fəzail Bayramov küçələrində, habelə Təbriz küçəsində (təmir işləri əlaqədar "N.Nərimanov" metrosu istiqamətində yol bağlıdır) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

Eyni zamanda, "Gənclik" metrosu istiqamətində Atatürk və Azadlıq prospektlərində, o cümlədən Cəfər Xəndan küçəsində də sıxlıq müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə