“Azərbaycanlı hərbçilərin xatirəsi əbədiləşdirilsin” AÇIQLAMA - SƏS TV

“Azərbaycanlı hərbçilərin xatirəsi əbədiləşdirilsin” AÇIQLAMA - SƏS TV

"Azərbaycanlı hərbçilərin xatirəsi əbədiləşdirilsin". Bu sözləri SİA-ya açıqlamasında türkoloq Mübariz Göyüşlü deyib.

Onun sözlərinə görə, Çanaqqala döyüşündə şəhid olmuş azərbaycanlıların kimliyi haqqında təəssüf ki, dəqiq məlumat yoxdur. Lakin bu istiqamətdə təkliflər olur ki, şəhidlərin xatirəsi əbədiləşdirilsin: "Çanaqqala döyüşündə şəhid olmuş azərbaycanlıların adlarının əbədiləşdirilməsi çox önəmli mövzudur. Çanaqqala ingilis, fransız qoşunları ilə yanaşı aldadılmış və müxtəlif vədlərlə ora gətirilmiş Yeni Zenlandiya, Avstraliyadan qoşun birləşmələri var idi, o cümlədən Hindistandan müxtəlif qoşun birləşmələri iştirak edirdi və Osmanlı Dövləti də belə bir vəziyyətdə tək deyildi. Qafqazlardan, Balkanlardan o cümlədən müxtəlif müsəlman və türk olan dövlətlərdən hərbçilər, əsgərlər iştirak edirdi, xüsusən də Azərbaycandan. Tam dəqiqləşdirilməmiş məlumata görə, 3 min nəfərə qədər azərbaycanlı əsgər, zabit, hərbçi orada iştirak edib və böyük qismi şəhid olub. Amma bu istiqamətdə təəssüf ki, tam dəqiq araşdırılmış materiallar, məlumatlar əlimizdə deyil. Bu istiqamətdə zaman-zaman Çanaqqala döyüşünün ildönümü ərəfəsində təkliflər olur ki, azərbaycanlı hərbçilərin xatirəsi əbədiləşdirilsin. Amma bu istiqamətdə hələlik real nəticə yoxdur. Mən çox istərdim ki, Çanaqqala savaşı Azərbaycanda daha geniş bir şəkildə tanıdılsın və ikinci bir şəkildə azərbaycanlı hərbiçilərin iştirakı məsələsi, xatirəsinin əbədiləşdirilməsi məsələsi qabardılsın və həyata keçirilsin. Mən güman edirəm ki, gələcəkdə bu məsələ diqqətə alınacaq və ciddi işlər görüləcək".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə