Suraxanıda Bilik olimpiadası keçirildi

Suraxanıda Bilik olimpiadası keçirildi

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Gənclər Birliyinin xətti ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr edilən Bilik olimpiadasi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Ümummilli Liderin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının Aparat Rəhbəri Fərman Rəsulov bildirib ki, olimpiadanın keçirilməsində məqsəd Ulu Öndərin Azərbaycan üçün etdiklərini gənclərə aşılamaqdan ibarətdir.

YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov, sədr müavinləri Nigar İbrahimova və Ramiz Həsənzadə çıxışlarında Ümumilli Liderin gənclərin qəlbində xüsusi yerə malik olduğunu qeyd ediblər.

Daha sonra olimpiadaya start verilib. Belə ki, bilik yarışması 2 turdan ibarət olub. İlk turda Ümummili Liderin dövlət başçısı olduğu dövrlərdə gördüyü işlərdən, atdığı mühüm addımlardan, çətin və siyasi proseslər zamanı həyata keçirdiyi siyasətlə bağlı 15 sual təqdim olunub.

İlk turda yüksək nəticə göstərən 3 gəncə növbəti 10 sual təqdim olunub. Onlardan yalnız bir nəfəri qalib olub.

Olimpiadada uğur qazanan gənci təbrik edən Fərman Rəsulov bildirib ki, burada iştirak edən hər bir gənc qalib sayıla bilər. O qaliblərin Ümummilli Liderin 92 illiyinə həsr olunacaq rayon tədbirində mükafatlandırılacaqlarını qeyd edib.

Qeyd edək ki, olimpiada müddətində Ulu Öndərə həsr edilən filimlər nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə