Erməni yalanlarını ifşa edən kitab

Bu gün Azərbaycan Dillər Universitetində Milli Məclisin deputatı, Mətbuat Şurası Beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşır Feyziyevin fransız dilindən tərcümə etdiyi "1915-ci il erməni faciəsi" kitabının təqdimat mərasimi olub. SİA-nın verdiyi məlumata görə, təqdimatda ADU-nun prorektoru Vazeh Əsgərov, Milli Məclisin deputatları Musa Qasımlı, Fuad Muradov, yazıçı Çingiz Abdullayev, AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə Fransa tarixçisi və hüquqşünası Jorj dö Malevilin millət vəkili Cavanşir Feyziyev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş "1915-ci il erməni faciəsi" adlı kitabında çox maraqlı məqamlara toxunulur.

Təqdimat mərasimində çıxış edənlər ermənilərin zaman-zaman xalqımıza qarşı törətdiyi faciələrdən danışıblar.

Natiqlər təqdim olunan kitabla bağlı fikirlərini bildirib, əsərin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, ermənilər özlərini dünyaya yalandan yazıq və sakit bir millət kimi təqdim etməyə çalışır. Lakin minlərlə günahsız insanların qətllərində erməni vəhşiliyinin izləri var. Eyni zamanda söylənilib ki, Ermənistanın Azərbaycana qarşı uzun illər apardığı işğalçılıq siyasəti son nəticədə ölkəyə böyük zərə vurub. Diqqətə çatdırılıb ki, "qondarma erməni soyqırımı" barədəki iddialar əsassızdır və həmin hadisədə ölənlərin sayı düzgün qeyd edilmir. Hər il müxtəlif rəqəmlər səsləndirilir. Bu da onların Böyük Ermənistan yaratmaq xülyasından başqa bir şey deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə