Yol bağlanır

Bakıda bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, bu gün saat 22:00-dan etibarən Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə