Aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru yağı yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 11-19, dağlarda gecə 0-5, gündüz 6-11 isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB