Mübariz Qurbanlı: "Radikal dini cərəyanlara qarşı mübarizə aparılır"

Mübariz Qurbanlı: "Radikal dini cərəyanlara qarşı mübarizə aparılır"

Bakıda Azərbaycan Müəllimlər İnstitutu (AMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qeyri ənənəvi dini cərəyanların təbliğat metodları və onların qarşısının alınması yolları" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə AMİ-nin rektoru, millət vəkili Aqiyə Naxçıvanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, universitetin professor-müəllim heyəti, tələbələr, KİV nümayəndələri iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olub, büstü önünə əklil qoyublar.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və burada dini-mənəvi dəyərlərə, ayrı-ayrı millətlərin dini inanclarına hörmətlə yanaşılır.

A. Naxçıvanlı təəssüflə qeyd edib ki, sözdə dini və milli tolerantlıqdan bəhs edən bir sıra dövlətlər, beynəlxalq təşkilatlar erməni vandalizminə heç bir münasibət bildirmirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında deyib ki, Azərbaycanda və dünyada islam dininə böyük önəm verilir.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda hər zaman radikal dini cərəyanlara qarşı mübarizə aparılır.

Qeyd edək ki, konfrans müzakirələrlə davam edir.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə