Daha bir yol təmir olunur FOTO

Bakının Ziya Bünyadov prospektini Azadlıq prospekti ilə birləşdirən 4 kilometrlik "Baksol" yolu kimi adlanan avtomobil yolunda tikinti işləri sürətlə davam etdirilir. "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, 4 kilometrlik yolun 2,5 kilometri Binəqədi, 1,5 kilometrlik hissəsi isə Nərimanov rayonunun ərazisinə düşür. "Bir həftə öncə başlanan işlərə çirkli torpaqların təmizlənməsi, yol boyu yağış qəbuledicilərinin təmizlənməsi və 11,5 kilometr məsafədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə çıxarılması işləri həyata keçirilir. Hazırda asfalt-beton örtüyünün döşənməsi işləri gedir"-deyə, məlumatda vurğulanıb.

"Azəryolservis"dən bildirilib ki, gündüz saatlarından fərqli olaraq gecə saatlarında nəqliyyatın azlığı nəzərə alınaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən gecə saatlarından səhər saatlarına qədər asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə