Korrupsiya ilə bağlı 21 nəfər beynəlxalq axtarışa verilib RƏSMİ AÇIQLAMA
"Cari ilin ilk rübü ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilib. Rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulan 18556668 manat məbləğində ziyanın 5894138 manatı və ya 31,7%-nın ödətdirilməsi təmin edilib, cinayət işləri üzrə 104432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülmüb". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hesabat dövrü ərzində ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verilib: "2015-ci ilin birinci rübü ərzində Əməliyyat İdarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanıb. Bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasında başlanıb.
Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib".
"2015-ci ilin birinci rübü ərzində Baş İdarənin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılmış, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 726 ərizə və şikayət daxil olub, 476 şəxs Baş İdarədə qəbul edilib. Bunlardan 106 şəxs Baş İdarə rəisi, 370 şəxs isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul edilib. 2015-ci ilin birinci rübü ərzində 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə 1677 müraciət daxil olub, bunlardan 1477-si ilkin, 200-ü isə təkrar olub. Daxil olan 1677 müraciətin 111-i Baş İdarədə araşdırılıb, 15-i cinayət işinə, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qanunla nəzərdə tutulmuş qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib.2015-ci ilin birinci rübündə də "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb"- deyə, K. Əliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB