Ərəstü Həbibbəyli Xarici əlaqələr şöbəsinin müdir müavini təyin edilib SƏRƏNCAM
SİA-ya verilən məlumata görə, Həbibbəyli Ərəstü İsa oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini təyin edilmişdir.
Qeyd edək ki, bundan əvvəl Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri olmuşdur. I dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır, 2013-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3 kitab və xarici siyasətin müxtəlif aktual sahəsinə dair onlarla elmi, publisistik məqalələrin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB