Gənclər təşkilatı yeni mərkəzlər yaradır

Gənclər təşkilatı yeni mərkəzlər yaradır

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) nəzdində yeni yaradılmış Xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamentinin Böyük Britaniyanın 6 şəhərində, Macarıstan, Hollandiya və Avstraliyada mərkəzləri yaradılıb. Departamentin direktoru Toğrul Məmmədli SİA-ya verdiyi açıqlamada bildirib ki, 2015-2016-ci tədris ilinin əvvəlinədək 50-dən çox şəhərdə departamentin mərkəzlərinin yaradılması planlaşdırılır.

Baku 2015 I Avropa Oyunları öncəsi əcnəbi tələbələr arasında təbliğat işləri ilə əlaqədar olaraq müxtəlif təhsil müəssisələrində təbliğat-təşviqat tədbirləri təşkil olunacaq.

Qeyd edək ki, ATGTİ-nin tərkibində yeni departamentin yaradılmasında məqsəd xaricdə təhsil alan azərbaycanlı tələbələrin şəbəkələşməsi, Azərbaycanın tarixi, mədəniyyəti və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda diaspora rolu oynamaq, müxtəlif beynəlxalq forumların və sərgilərin keçirilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə