Bu yol təmir edilir

Yasamal rayonu ərazisində yerləşən Şəfayət Mehdiyev küçəsində təmir işləri sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən SİA-ya verilən məlumata görə, uzunluğu 1600 metr olan küçənin eni keçdiyi ərazilərdən asılı olaraq 15-18 metr arasında dəyişir. Küçə boyu 1450 metr məsafədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib.

Hazırda köhnə asfalt-beton örtüyünün frezlənməsi işi həyata keçirilir. Qısa bir vaxtdan sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə