Bu gün hava necə olacaq?

Aprelin 22-dən ölkə ərazisində hava şəraiti dəyişəcək. Sabah axşam saatlarından 25-i səhər saatlarına qədər respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək.

Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, aprelin 22-dən 25-nə qədər Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə ediləcək. Şimal qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır.

Bölgələrdə də havanın temperaturu nisbətən enəcək. Qeyri-sabit hava şəraiti bölgələrdə əsasən yağışla müşahidə ediləcək. Bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir.

Dağlıq ərazilərdə, xüsusən Böyük Qafqazın dağlıq ərazilərdə qar yağacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə