Əlillər Türkiyəyə göndərildi

Əlillər Türkiyəyə göndərildi

Azərbaycan Respublikası Əmək v Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin xaricdə bərpa- müalicəsinin təşkili məqsədilə görülən işlərin davamı olaraq, 29 nəfərdən ibarət daha bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına bərpa müalicəsinə göndərilib. SİA-nın məlumatına görə, əlilliyi olan şəxslərin yola salınması zamanı Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısından söz açan ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkədə əlilliyi olan şəxslərin tibbi – sosial reabilitasiyası, habelə onların xaricdə bərpa – müalicəsinin təşkili işlərinin daim gücləndirildiyini vurğulayıb.

Şöbə müdiri bildirib ki, sosial proqramlarının 2015-ci ildə də uğurla davam etdirilməsinin bir təzahürü kimi, cari ildə ƏƏSMN tərəfindən xaricə ixtisaslaşmış bərpa- müalicəsinə göndəriləcək əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı ötən ilki ilə müqayisədə 20 faizədək çox, yəni 190 nəfər təşkil edəcək.

Qeyd edək ki, Türkiyəyə göndərilən əlillər Dənizli şəhərində bərpa- müalicə alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə