Məhkəmə ertələndi

Bu gün Ağır Cinayətlər Məhkəməsində "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin rəhbəri İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, hakim Rasim Sadıqovun rəhbərliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin vəkilləri çıxış edib.

Onlar İntiqam Əliyevə qarşı irəli sürülən ittihamlarla razılaşmadıqlarını və onun bəraətini tələb ediblər.

Replika hüququndan istifadə edən dövlət ittihamçısı Fərid Nağıyev İntiqam Əliyevin vəkillərinin fikirləri ilə razılaşmadığını bildirib.

Sonda hakim prosesin sabah 14:00-da davam etdirilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin rəhbəri İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə üzrə təqsirli bilinir.

Bütün xəbərlər Facebook səhifəmizdə