“Heydər Əliyev irsini öyrənirik” FOTOLAR

“Heydər Əliyev irsini öyrənirik” FOTOLAR

Aprelin 21-i "Heydər Əliyev irsini öyrənirik" adlı intellektual yarışın II turu start keçirilib. BDU-dan SİA-ya verilən xəbərə görə, yarışa 100-ə yaxın tələbə qatılıb. "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu"nun maliyyə dəstəyilə "Heydər Əliyev irsini öyrənirik" adlı intellektual yarışın II turu keçirilib.

"Master Academy" tədris mərkəzində keçirilən II turda Bakı şəhərinin müxtəlif ali məktəblərindən 100-ə yaxın tələbə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən suallara cavab verərək, biliklərini sınayıblar.

Xatırladaq ki, intellektual yarış Yasamal rayon Gənclər və İdman idarəsi, Xəzər İntellektual oyunlar klubu, BDU İntellektual oyunlar klubu, BDU Tələbə Gənclər Təşkilatı və YAP Yasamal GB ilə birgə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə