Bakı-2015 Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə yaşayan sakinlərin avtomobillə mənzillərinə sərbəst daxil olmaları üçün xüsusi buraxılış vərəqələrinin verilməsi barədə qərar ləğv olunub. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətidən SİA-ya verilən xəbərə görə, Bakı-2015 Avropa Oyunları zamanı vətəndaşlar avtomobillərindən sərbəst şəkildə istifadə edəcəklər. Vətəndaşlara avtomobillərini yol kənarlarında saxlamamaları məsləhət görülür. Əks halda avtomobillər evakuator vasitəsilə ərazidən aparılacaq.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Bakı-2015 Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə yaşayan sakinlərin avtomobillə mənzillərinə sərbəst daxil olmaları üçün xüsusi buraxılış vərəqələrinin verilməsi barədə qərar vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB