İkinci Dünya Müharibəsi zamanı Osvensimdə yerləşən konsentrasion düşərgəsində (ölüm düşərgəsi-red.) xidmət keçmiş sonuncu "SS" unter-zabiti, Adolf Hitlerin cəza dəstəsinin fəal üzvü, 93 yaşlı Oskar Qrsninqin məhkəmə işlərinə hazırlıq gedir. SİA "interfaks"a istinadən xəbər verir ki, bu barədə Berlin mətbuatı yazır. Belə ki, sabiq unter-zabit 300 min ölüm halında iştirakçı kimi ittiham olunur. Söhbət isə deportasiya olunaraq, Osvensim düşərgəsində qaz kameralarına göndərilmiş macar yəhudilərindən gedir.
"SS"-çini 15 il həbsxana həyatı gözləyir. Alman mətbuatı onu da yazır ki, Oskar Qrsninqin hərbi cinayətlərdə adı hallanan sonuncu "SS" üzvü olduğu qeyd olunur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB