Köməkçi yol bağlandı

Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan köməkçi hissəsində təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti tam dayandırılıb. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən "məlumat verilib.

Məlumatda bildirilir ki, prospektin əsas hissəsi açıq olduğu üçün nəqliyyat vasitələrinin hərəkətində heç bir problem yaşanmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə