1300 illik tikilinin niyə yaradıldığı bilinmir

1300 illik tikilinin niyə yaradıldığı bilinmir

Yüz il əvvəl Sibirdə kəşf olunan Por-bajı, hələ də mütəxəssisləri çaşdırır. İlk mərhələdə baxıldığında dördbucaqlı ada Por-bajı, həbsxana kimi görünür. Lakin əslində labirent tərzində olan bu quruluşun niyə yaradıldığını kimsə bilmir. 1300 il əvvəl yaradıldığı düşünülən quruluş, tarixçilər və elm insanlarının başlarını qarışdırır.

Təcrid edilmiş bu sahə insanların dua etməsi məqsədiylə yaradılan bir yer ola bilər də, olmaya da bilər. Por-bajı, Cənubi Sibirdə olan olduqca sirrli bir quruluşdur. Tikinti Moskvadan 3800 kilometr kənarda, Monqolustan sərhədindədir. Por-bajı, Tuva dilində "Gildən ev" mənasını verir və Sayan ilə Altai arasında yer alır. Məkan 1891-ci ildə kəşf edilib və hələ də niyə yaradıldığı bilinmir. 2007-ci ildə arxeoloqların apardığı araşdırmaya görə, burada daha əvvəl bir çox insan yaşayıb.

Mütəxəssislər adanın Uyğurlar dövründə yaradıldığını söyləyirlər lakin hələ də belə bir məkanda niyə belə bir quruluş var bu aydın deyil. Elm adamları quruluşun həbsxana olma ehtimalının yüksək olduğunu söyləyib.

Lakin strukturlarda istifadə edilən vəsaitlər bunun bir Çin istehsalı olduğunu da göstərib, 1300 il əvvəl yaradılmış olsa belə, bəzi parçalar olduqca möhkəm dayanmaqdadır.

Bütün bu açıqlamaların yanında daha böyük bir sual var, bu strukturlar niyə tərk edilib?

Elm adamlarının araşdırmalarına görə adada istiləşmə sistemləri yoxdur, sərt Siberya havasına baxmayaraq, heç bir istiləşmə sisteminin istifadə olunmaması çox maraqlıdır. Rusiya baş naziri Vladimir Putinin 2007-ci ildə etdiyi kəşf isə başları qarışdırmağa davam edib. Putin, "mən belə bir yer görmədim." deyərək, hökumətlərin də, məkanla əlaqədar bir fikri olmadığını təsdiqləyib. Ortaya çıxarılan bir neçə quruluş, səkkizinci əsrə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə