Aprelin 20-də Aralıq dənizində 400-ə yaxın mühaciri daşıyan daha iki gəminin qəzaya uğrayaraq batdığı və hadisə zamanı azı 20 nəfərin öldüyü bildirilir. Sky News telekanalı xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Roma bürosu Aralıq dənizində iki gəmidən həyəcan siqnalı aldığını bildirib. Ehtimallara görə, gəmilərdə 400 nəfərdən artıq sərnişin olub.
Hazırda hadisənin baş verdiyi ərazidə İtaliya, Malta və Yunanıstana məxsus gəmilər axtarış və xilasetmə işləri aparır. İndiyə qədər 93 nəfərin xilas olduğu və onlardan 30 nəfərinin xəstəxanaya aparıldığı qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB