Mənalı ömür yolu – Zərifə xanim Əliyeva FOTOLAR

Akademikin anadan olmasının 92-ci ildönümü münasıbəti ilə tədbir keçirilıb
Mənalı ömür yolu – Zərifə xanim Əliyeva FOTOLAR

Siyəzən rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin ömür–gün yoldaşı, Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasıbəti ilə tədbir keçirilıb.

Tədbir iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib. Tədbiri Siyəzən rayon YAP Qadınlar şurasının sədri, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova giriş sözü ilə açaraq qeyd edib ki, yüksək intelektual səviyyəsi, sərrast düşuncələri, səmimi xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanim bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Zərifə xanım Əliyeva hər zaman düşünürdü ki, müalicəsinin uğurlu olması ücün həkim ilk növbədə insanları sevməli, onlarin ağrısını hiss etməlidir.

Bu böyük elm fədaisinin tibb dünyasına gəldiyi illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksiyon xəstəliyi geniş yayılmışdı. Belə bir vəziyyətdə bu infeksiyon xəstəliyi, eləcə də onun müalicəsinin ətraflı şəkildə öyrənən Zərifə xanım Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyaci var idi. Onun 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi" mövzusunda namizədlik disertasiyasını uğurla müdafiə edərək tibb elimləri namizədi alimlik dərəcəsinə layiq görülməsi elmi fəaliyyətlə həkimliyin üzvü bağlantısı idi. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adina Həkimləri Təkmiləşdirmə İnistitunun Göz Xəstəlikləri kafedrasının dosent vəzifəsinə seçilmişdi. Zərifə xanim dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yuksəlmişdi. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdu. Z.Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal işlərinə görə, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür və keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın olur.

Akademik Z.Əliyeva ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycanın Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı da ləyaqətlə daşıyıb.

Mövzu ətrafında Siyəzən rayon Mərkəzi Poliklinikanın baş həkimi Mirələm Cəlalov, Siyəzən rayon 2 saylı tam orta məktəbin tarix müəlliməsi Səadət Əsədullayeva, 3 saylı uşaq baxçasının direktoru Turan Qurbanova çıxış ediblər.

Tədbirin sonunda məktəblilərin iştirakı ilə şerlər söylənilib. Zərifə xanim Əliyevanın həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə