Həsən Qarayev: “Avropa Parlamenti tarixi saxtalaşdırmağa cəhd edir”

Həsən Qarayev: “Avropa Parlamenti tarixi saxtalaşdırmağa cəhd edir”

"Avropa Parlamentində qondarma erməni soyqırımı ilə əlaqədar qəbul edilmiş qətnamə əsassız, qərəzli və ikili standartların bariz nümunəsidir". Bunu SİA-ya açıqlamasında Qlaballaşma və Milli Həmrəylik İçtimai Birliyinin sədri Həsən Qarayev deyib.

Onun sözlərinə görə, Avropa Parlamentində "erməni soyqırımı" ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və bu yolla türk dünyasına uğursuz təsyiqlər göstərmək cəhdindən başqa bir şey deyil: "Bu gün nədənsə dünya birliyi terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın 200 il ərzində 2 milyon azərbaycanlını qətlə yetirməsinə görə ittiham olunmur. 1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror əməliyyatları törətmişlər. Bu terror aktlarının 100-dən çoxu "ASALA" terror təşkilatının "Orli", "9 İyun" və "3 Oktyabr" qruplaşmaları tərəfindən 24 ölkənin 38 şəhərində həyata keçirilmişdir. 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı törətmiş, nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etmişdir. 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı törətmiş, nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etmiş, yüzlərlə yaşayış məsgəni dağıdılmış, 1 milyondan cox insan ev eşiyindən didərgin düşmüşdür. Avropa Parlamenti isə terrorçu Ermənistana gözün üstə qaşın var deməyib. Bu isə bu qurumun ikili stantarlardan çıxış etdiyini bir daha göstərmiş olub. 100 il bundan əvvəl təsdiqini tapmayan "erməni soyqırımı"nın baş verməsini iddia edən Avropa niyə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törətdikləri qanlı qırğınlara mövqe bildirmir? Niyə Avropa Parlamenti cəmi 23 il öncə Ermənistanın bütün bəşəriyyətin gözü qarşısında, 26 fevral 1992-ci ildə törətdiyi Xocalı soyqırımına münasibət bildirməyib?".

H.Qarayev onu da qeyd edib ki, biz Qlaballaşma və Milli Həmrəylik İçtimai Birliyi olaraq Avropa Parlamentini "Erməni soyqırımı" haqqında qəbul etdiyi qərəzli qətnaməyə qəti etirazımızı bildirir və bu qurumdan Türk dünyasına qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmağa çağırırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə