Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Baş Katibi Seymur Hüseynov Macarıstana səfəri çərçivəsində Avropa Şurasının bir sıra iclaslarında iştirak edib. SİA-nın məlumatına görə, Seymur Hüseynov Budapeşt şəhərində yerləşən Avropa Gənclər Mərkəzində Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının 33-cü və Avropa Şurasının Gənclər üzrə Birgə Şurasının 32-cü iclasında iştirak edib.
İclas zamanı Avropa Şurasının Gənclər Departmentinin rəhbəri Antje Routhemund ilə fikir mübadiləsi aparılıb, Avropa Şurasının gənclər sektoruna dair təqdimatlar və hesabatlar dinlənilib. Daha sonra gənclər sektorunun 2014-2015-ci il üzrə əsas proqramlarına, 2015-ci il üzrə tədbirlər təqviminə nəzər yetirilib, gənclər sektorunun 2016-2017-ci il üzrə əsas prioritetləri müəyyənləşdirilib və dəyişiliklər edilib. Həmçinin iclasda Ukraynada baş verən hadisələr və cari vəziyyətlə bağlı müzakirələr aparılıb.
Avropa Şurasının əsas prioritetlərindən biri olan "Nifrət Nitqinə Yox Hərəkatı" Beynəlxalq kampaniyası da iclas zamanı müzakirə olunan mövzülardan olub. Kampaniyanın 2015-ci ilin may ayında yekunlaşdırılmasının nəzərdə tutulmasına baxmayaraq, bu kampaniyanın növbəti illərdə davam etdirilməsinə səbəb olmuşdur. Qeyd edək ki, "Nifrət Nitqinə Yox" kampaniyası 2012-2014-cü illər üzrə həyata keçirilən "Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi" layihəsinin bir hissəsidir. Kampaniyanın Azərbaycan üzrə milli əlaqələndiricisi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasıdır. Həmçinin ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynov "Nifrət Nitqinə Yox" Beynəlxalq kampaniyasının rəsmi nümayəndəsidir.
Macarıstana səfəri çərçivəsində Seymur Hüseynov Macarıstanın Budapeşt şəhərində yerləşən Avropa Şurasının Avropa Gənclər Mərkəzinin 20 illiyi yübileyi şərəfinə verilmiş ziyafətdə iştirak edib.
Məlumat üçün qeyd edək ki, ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynov 2014-2015-ci illər üzrə Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB