Nizami rayonunda karate turniri böyük marağa səbəb olub TƏDBİR-FOTOLAR

Nizami rayonunda karate turniri böyük marağa səbəb olub TƏDBİR-FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və "Start" İdman-Sağlamlıq Kompleksinin birgə təşkilatçılığı ilə müxtəlif yaş qruplarından olan uşaqlar arasında karate turniri keçirilib. SİA-nın xəbərinə görə, turnirdə 60-dan çox idmançı iştirak edib.

Çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov ölkəmizdə idmana olan dövlət qayğısından danışıb. Bildirib ki, yarış Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq reallaşdırılıb.

Məlumat verilib ki, 1993-cü ildə Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev daim gənclərin sağlam və vətənpərvər ruhda yetişməsi və tərbiyə almasına xüsusi diqqət ayırıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində isə bu sahədə işlər daha da genişləndirilib. Bunun nəticəsidir ki, Azərbaycanda onlarla olimpiya idman kompleksləri tikilib, minlərlə müasir idman infrastrukturuna malik məktəblər inşa və təmir edilib.

YAP Nizami rayon təşkilatının "Start" ərazi ilk partiya təşkilatının sədri Kamal Mehdiyev, respublika Karate Federasiyasının nümayəndələri və başqaları idmançılara uğurlar arzulayıblar.

Sonra turnirə start verilib. İdmançılar 4 komanda şəklində olimpiya sistemi üzrə güclərini sınayıblar. Yarışın sonunda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən idmançılara diplom, medal və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə