Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Şahmat klubu" layihəsinin açılışı olduqdan sonra dərslərə start verilib. SİA-nın xəbərinə görə, layihənin əsas məqsədi hər zaman olduğu kimi gənclərin qayğısına qalaraq onların intellektinin yüksəldilməsi, gənc siyasi fəalların strategiyalarının gücləndirilməsi kimi məqsəd daşıyır. Şahmat dərslərinin gənclər arasında geniş maraq doğurmasını və müraciətlərin sayının çox olmasını nəzərə alaraq, YAP Gənclər Birliyi layihəni pilot layihə edəcək. Növbəti günlərdə YAP Gənclər Birliyi Azərbaycan Şahmat Federasiyası ilə birgə məktəbi uğurla bitirən tələbələrə dərəcə verilməsi və onların beynəlxalq yarışlarda iştirak etməsinə şərait yaradacaq.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB