"BelAZ"dan Azərbaycana təklif

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç və "BelAZ" holdinqinin direktoru Petr Parxomçiklə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan dəmiryolçuları beloruslu həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verir.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç dəmir yolu nəqliyyatı və daşımalar sahəsində Belarus-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb.

"BelAZ" holdinqinin direktoru Petr Parxomçik çıxış edərək "BelAZ" şirkətinin tərkibində fəalyyət göstərən Magilyov zavodunda istehsal olunan 9 növ dəmir yolu vaqonunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təklif edib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alındı.

Bütün xəbərlər Facebook səhifəmizdə