“İdman Tarixinin Yeni Mərhələsi”

“İdman Tarixinin Yeni Mərhələsi”

22 apreldə "Bakı 2015 - Avropa Oyunları: "İdman Tarixinin Yeni Mərhələsi" adlı layihəyə start veriləcək. SİA-nın məlumatına görə, layihə 22 aprel- 2 may tarixlərində həyata keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək layihənin əsas məqsədi "Bakı 2015 - Avropa Oyunları"na daxil olan idman növlərinin təbliği, gənclərin maarifləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, yeniyetmə və gənclərin idmana cəlb edilməsidir.

Layihədə iştirak etmək üçün bütün rayon gəncləri dəvətlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə