Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutun elmi katibi, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədovun "XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər" adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan ədəbiyyatşünaslığının müxtəlif məsələləri ilə bağlı fundamental elmi araşdırmaların müəllifi kimi Bədirxan Əhmədov bu monoqrafiyasında XX yüzil ədəbiyyatının mərhələ və problemləri təhlil edir. Tədqiqatda Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü və onun realizmi, Cümhuriyyət ədəbiyyatı, sosrealizm və 60-cı illər mərhələləri, ədəbi prosesin xarakteri, nəsr, poeziya, dramaturgiyanın inkişaf yolları, eləcə də represiyyanın genezisi, mühacirət və legion ədəbiyyatı və s. probləmlər çağdaş meyarlarla araşdırma obyekti olur. Monoqrafiyada yüzilin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi, nəzəri, konseptual baxış ifadə olunur. Bu elmi nəzəri qənaətlər yeni tədqiqat işlərinin yazılmasında yardımçı olduğu kimi, universitet müəllimləri, magistr və tələbələri tərəfindən də istifadə edilə bilər. Monoqrafiyanın redaktoru - millət vəkili, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri- AMEA-nın müxbir üzvü, professor Muxtar İmanovu və filologiya üzrə elmlər doktoru, professor Tehran Mustafayevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB