Gənclərdən yeni təkliflər FOTO

Gənclərdən yeni təkliflər FOTO

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Ekoloji çirklənmə" mövzusunda tədbir keçirilib. BDU-nun ictimaiyyətlə əlaqələr departamentindən SİA-ya verilən məlumata görə, tədbirdə THİK sədri Daşqın Qənbərov və komitə əməkdaşları, Ekologiya ve Torpaqşünaslıq fakültəsi üzrə THT sədr müavini Mədinə Ağayeva və müxtəlif fakültələrin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDU-nun THİK sədri D.Qənbərov Beynəlxalq ekologiya hüququ mövzusunda gəncləri məlumatlandırıb.

Sonra M.Ağayeva tədbirin əsas mahiyyətini, gənclərin əslində ekologiya sahəsində göstərə biləcəkləri fəaliyyətlərdən söz açıb.

Diskussiya şəklində keçən tədbirdə tələbələrin yeni təklifləri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə