Əsas yol açılır DİQQƏT

Paytaxtın Heydər Əliyev prospektinin Əsas yolu açılır. SİA-nın "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev prospekti Əsas yolda aparılan təmir işləri yekunlaşdığı üçün bu gün, aprelin 20-də axşam saatlarında nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.

Eyni zamanda, aprelin 20-dən 21-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə